2 Aprel 2020 13:06
2 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

"35 min testin aparılması insan sayını ifadə eləmir. Daha əvvəl hər karantində qalan şəxs 2 dəfə test edilirdi".

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib:

"Epidemiyanın respublikada yayılmasının statistikası ilə bağlı bizim qurumda işçi qrupu var. Hazırda epidemiyanın nə qədər müddətdə başa çatması üzərində müzakirələr davam edir".

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, hər kəs qaydalara riayət edərsə, iki həftə müddətində karantin rejimi aradan qaldırıla bilər:

"Lakin qaydalara əməl olunmur. Nə qədər ki, insanlar qaydalara əmək etməyəcək, bu müddət dəqiq bilinməyəcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər