6 Aprel 2020 12:42
3 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son günlərin statistikası həm koronavirusa yoluxma, həm də ölü sayı baxımından ümidvericidi. Artıq azalma tendensiyası müşahidə olunur".

Teleqraf.com xəbər verir ki, bu sözləri azərbaycanlı həkim Vaqif Qarayev deyib.

Onun sözlərinə görə, bütün epidemiyaların tarixində əsas ölü sayı götürülüb, bu da təbiidir: "İnsan həyatı həmişə qiymətli olub. İndiki epidemiyada yoluxma sayını sağalan və ölü sayı ilə müqayisə etsək, kritik mənzərə alınmır, dünya üzrə letallıq çox aşağıdır. Amma yoluxma sayı çox olduğundan iqtisadi əlaqələr qırılıb, kollaps yaranıb. İnsanları təşvişə salan əsas amillərdən biri də budur".

Vaqif Qarayev hesab edir ki, Azərbaycanda vəziyyət kritik deyil: "Gələk özümüzə. Məncə, vəziyyət kritik deyil! Yoluxma və ölü sayı dəyişəcək, buna qətiyyən biganə yanaşmaq olmaz, amma panikaya da ehtiyac yoxdur. Yetər ki, qadağalara əməl edək.

Bu arada "Türkiyədə vaksin tapıldi", "Avstraliyada koronanın dərmanı tapıldı" və sair kimi xəbərlər tirajlanır... Məncə, özümüzü aldatmayaq. Belə qısa müddətdə vaksin və dərman məsələsi həllini tapmayacaq, özümüzü qoruyaq!"


Müəllif: Aysel Azad

Oxşar xəbərlər