Rusiya və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrovla Zöhrab Mnatsakanyan arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi, ikitərəfli münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.