29 May 2020 22:09
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Teleqraf.com-un məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident,

Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimlə bərabər, Azərbaycan xalqına sülh və tərəqqi arzularımı çatdırmaq istəyirəm.

Ölkəniz müstəqilliyini bərpa etdikdən sonra ATƏT ilə Azərbaycan qarşılıqlı olaraq faydalı əməkdaşlıqdan yararlanıb. Biz Azərbaycanı təhlükəsizliyin hər üç meyarı üzrə öhdəliklərinin icrasında qətiyyətlə dəstəkləyir, eyni zamanda, ölkənizin töhfələrini, xüsusilə də Xəzər dənizi regionunda təhlükəsizlik və iqtisadi inkişaf baxımından əlaqələrin daha da yaxşılaşdırılması istiqamətində son layihələri alqışlayırıq.

ATƏT regionundakı ölkələrin hökumətləri və parlamentləri misli görünməyən COVID-19 pandemiyası ilə mübarizə apararkən ATƏT-in Parlament Assambleyası qarşılıqlı yardımlaşma və koordinasiyanı, həmçinin ölkələrin gələcəkdə yüksək hazırlıq, müqavimət və çevik reaksiya imkanlarını gücləndirmək məqsədilə məlumat və təcrübə mübadiləsini təşviq etməkdə davam edir.

Millət vəkillərinizin onlayn tədbirlərimizdə fəal iştirakını qeyd edərək, xalqlarımızı davam edən böyük təhlükələrdən qorumaq, vətəndaşlarımızın fundamental hüquqlarını müdafiə etmək və iqtisadiyyatımızın uzunmüddətli inkişafını dəstəkləmək üçün Sizinlə və Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyəti ilə sıx işləməyə davam etmək əzmindəyəm.

İcazə verin, fürsətdən istifadə edərək, bütün dünya müsəlmanlarının müqəddəs Ramazan bayramını qeyd etdiyi bu günlərdə Sizə və Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik arzularımı çatdırım".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər