Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 517 yeni yoluxma faktı qeydə alınıb, 305 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 15 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 364 nəfər müalicə olunaraq sağalıb, 187 nəfər vəfat edib, 6 818 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 980, ötən müddət ərzində isə ümumilikdə 456 215 test aparılıb.