Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilən əməkdar artist Bəhram Bağırzadənin səhhətindəki son vəziyyət haqqında məlumat verilib.
Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
"Bəhram Bağırzadənin ümumi vəziyyəti ağır olaraq qalır. Tənəffüsü süni ventilyasiya aparatı vasitəsilədir. Huşu aydın, bədən hərarəti isə sufriblir rəqəmlərdədir. Bu gün aparılan rentgen müalicəsi zamanı ağ ciyərlərində əhəmiyyətli dərəcədə yaxşılaşma qeyd edilir".
Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.