13 İyul 2020 11:26
4 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun açdığı cavab atəşi nəticəsində Ermənistanın Tavuş rayonunda iki polis əməkdaşı yaralanıb.

Teleqraf.com “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepnyan Feysbuk səhifəsində yazıb.

O vurğulayıb ki, polis əməkdaşları blindajın yaxınlığında olublar.

Qeyd edək ki, bu, Ermənistan rəsmilərinin itki və yaralananlar barədə yaydığı ilk açıqlamasıdır. Düşmən cəbhədə 30-dan çox itki versə də, bunu etiraf etmir.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.


Müəllif: Teleqraf.com