ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və İsrailin Mossad xüsusi xidmət orqanına casusluqda günahlandırılan Mahmud Musəvi Məcdi bu gün səhər saatlarında edam edilib.
Teleqraf.com xəbər verir ki, məlumatı İran Məhkəmə hakimiyyəti mətbuat mərkəzi açıqlayıb.
Qeyd edək ki, Mahmud Musəvi Məcdi Qüds Qüvvələri də daxil olmaqla İran Silahlı Qüvvələri və İnqilab Keşikçiləri Ordusu haqqındakı gizli məlumatları MKİ və Mossad-a ötürdüyü üçün edam cəzasına məhkum edilmişdi.
Musəvi Məcdi eyni zamanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin və bəzi hərbi rəhbərlərin yerini açıqlamaqda ittiham olunurdu.