15 Sentyabr 2020 11:59
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin COVID-19-a qarşı hazırladığı peyvənd bu ilin noyabr ayında kütləvi istifadəyə veriləcək.

Teleqraf.com-un məlumatına görə, bunu Çin Epidemik Nəzarət və Profilaktika Mərkəzi açıqlayıb.

Çin COVID-19 üçün dörd fərqli vaksin araşdırması aparır. Sonuncu, 3-cü mərhələdə olan peyvəndlər insan üzərində sınaqdan keçirilir. Bu peyvəndlərdən biri iyul ayında ölkədə insanalara tətbiq edilib.

Mərkəzin nümayəndəsi Quizhen Vu bildirib ki, son aylarda peyvəndlərdən birini sınamaq üçün özünə vurub:

“Heç bir yan təsir yoxdur. Hansı peyvənd olduğunu açıqlamıram. Amma vaksin ən geci noyabr və ya dekabr aylarında çinlilərə tətbiq ediləcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər