4 Oktyabr 2020 12:10
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Sənayesi Nazirliyi (MSN)Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb.

MSN-dən Teleqraf.com-a verilən məlumata görə, Silahlı Qüvvələrin təlabatlarının ödənilməsi məqsədilə Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrində dünyanın aparıcı dövlətlərinin ən müasir və yeni tipli silah və hərbi texnikaları və digər müdafiə təyinatlı məmulatların yaradılması, istehsalı, modernizasiyası, təmir və utilizasiya işləri yerinə yetirilir.

Hazırda MSN-in tabeli birlik və müəssisələri tərəfindən 2000-dən çox silah və hərbi texnika, aviasiya, mühəndis, rabitə, optik və digər hərbi təyinatlı məhsulların normativ texniki sənədlərinin (konstruktor və texnoloji sənədlər) yaradılması ilə yanaşı, mənimsənilməsi də həyata keçirilir. Döyüşlər başlanılandan bəri MSN-nin mütəxəssisləri Silahlı Qüvvələrin hərbiçiləri ilə birgə yeni tipli silah və döyüş sursatlarının həm istehsalçı müəssisədə stendlər üzərində, həm də hərbi poliqonlarda döyüş şəraitinə maksimum uyğunluğu ilə bağlı sınaqlar keçirilir və müəyyən olunmuş qaydada hərbi hissələr təchiz edilir. MSN-nin birlik və müəssisələrində yaradılma(texniki-konstruktor) işlərinin aparılması və başa çatdırılması ilə əlaqədar real döyüş şəraitində məmulatların taktiki-texniki göstəricilərinin yüksəldilməsi məqsədilə Silahlı Qüvvələrin texniki tələblərinə əsasən müəyyən sınaqlar keçirilir, irad və nöqsanlar qeydə alınaraq dərhal istehsalçı müəssisələrdə aradan qaldırılır.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrini dəstəkləmək məqsədilə MSN-in birlik və müəssisələri fasiləsiz iş rejminə keçirilib. Hazırda istehsal edilmiş müdafiə təyinatlı məmulatlar hazır məhsul anbarlarında saxlanılır.

Təmir və bərpa işlərinin vaxtında və operativ şəkildə icrasını təmin etmək məqsədilə MSN rəhbərliyinin göstərişi ilə döyüş zonalarına yaxın müvafiq təmir bazaları və sahələri təşkil edilərək, gecə-gündüz onların fəaliyyəti təmin olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər