Uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların imitasiyası həyata keçirilib. Növbəti mərhələdə buna imkan verilməyəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistan dünən Moskvada keçirilən görüş zamanı o qədər mənasız, texniki məsələlər qaldırırdı ki, onlara görə çox vaxt gedirdi: "Ermənistan tərəfi əhəmiyyətsiz şərtlər irəli sürürdü, lakin onların heç birini qəbul etmədik".
Nazir əlavə edib ki, görüş zamanı texniki fasilələr verilir, məsləhətləşmələr aparılırdı.