14 Oktyabr 2020 00:17
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda hərbi qurumun nümayəndəsi hər gün mətbuat qarşısına həqiqəti əks etdirməyən məlumatlar və itkilər haqqında yalan statistikalarla çıxmağa məcburdur.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, onun məqsədi cəbhədə böyük itkilərə məruz qalaraq bir-birinin ardından yaşayış məntəqələrimizi qoyub qaçan Ermənistan silahlı qüvvələrinin uğursuzluqlarını ört-basdır etmək, öz xalqını sakitləşdirmək və eyni zamanda bu təxribat xarakterli məlumatlarla dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır.

Bir daha rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi əməl edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər