28 Oktyabr 2020 16:59
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi Ermənistanın Azərbaycanın Bərdə şəhərinə edilən raket hücumunu, nəticədə bir neçə mülki vətəndaşın həlak olması və yaralanmasını sərt şəkildə pisləyir.

Bu barədə Teleqraf.com-a səfirlikdən bildirilib.

"İran səfirliyi həlak olanların ailələrinin dərdinə şərik çıxır və yaralılara şəfa diləyir. İran səfirliyi bildirir ki, beynəlxalq hüquq normalarına əsasən, şəhərlərə və günahsız insanlara hücum etmək hərbi cinayətidir və dərhal dayandırılmalıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər