30 Noyabr 2020 12:40
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri Emin Əmrullayev yol qəzasında ölən tələbələrlə bağlı sosial şəbəkədə paylaşım edib.

Teleqraf.com-un məlumatına görə, nazir qeyd edib ki, gecə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli xəstəxanada könüllü çalışan 3 tələbə həlak olub, 1 tələbəmiz isə ağır yaralanıb:

"Bu səhər çox üzücü bir xəbər aldıq. Gecə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli xəstəxanada könüllü çalışan 3 tələbəmiz həlak olub, 1 tələbəmiz isə ağır yaralanıb. Həlak olanlar Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinin V kurs tələbəsi Sahil Mustafazadə, müalicə profilaktika fakültəsinin V kurs tələbəsi Tuncay Məmmədov və eyni fakültənin VI kurs tələbəsi Yeganə Məmmədovadır. Müalicə profilaktika fakültəsinin V kurs tələbəsi İlkin Ağamirzəyev isə hadisə nəticəsində ağır yaralanıb. Allahdan həlak olanlara rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirəm!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər