20 Oktyabr 2014 17:06
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hikmət Hacıyev: “Radio tərəfindən hazırlanan veriliş ədalətsiz və qərəzli xarakter daşıyır”

“Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması və ümumiyyətlə, Ermənistanın işğal və təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövqeyi əks etdirilmədən “Amerikanın səsi” radiosu tərəfindən birtərəfli qaydada Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejim haqqında verilişin hazırlanması ədalətsiz və qərəzli xarakter daşıyır”.

Teleqraf.com-un məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev “Amerikanın səsi” radiosunun Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejimlə əlaqədar hazırladığı verilişə dair şərhində bildirib.

H.Hacıyev deyib: ““Obyektivlik” və “qərəzsizlik” prinsiplərindən danışan “Amerikanın səsi” radiosu tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövcud durumu da obyektiv şəkildə işıqlandırılmalıdır. “Amerikanın səsi” radiosunun bu verilişi separatizm, işğal və təcavüzün təşviq olunmasına rəvac verir. “Amerikanın səsi” radiosunun bu birtərəfli addımı eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarına və onların həssas hisslərinə hörmətsizlikdir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər