14 Dekabr 2020 10:17
7 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

“30 ildir işğal altında olan Qarabağda infrastruktur, yaşayış üçün yararlı binalar, məktəblər, kitabxanalar, məscidlər və kilsələr qalmayıb, hamısı Ermənistan tərəfindən məhv edilib”.

Teleqraf.com “Yenişafak”a istinadla xəbər verir ki, bunu Bakıda Zəfər paradına qatılmış Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

O bildirib ki, Qarabağda infrastruktur işlərini türk şirkətləri aparacaq: “Yeni qəsəbələr salınacaq və infrastrukturları yaradılacaq. Türkiyənin universitetləri, iş adamları başda olmaqla cəmiyyətin hər seqmenti ilə birlikdə Azərbaycanın yanındayıq. Bu əlaqələri pozmağa çalışan, daxildə və xaricdə olan pis niyyətli insanlara fürsət verməməliyik. Bundan sonrakı mübarizə daha asan olmayacaq. Bir tərəfdən mübarizə masada davam edəcək. Bu işi gözü götürməyən ölkələr var.

Azərbaycanın 30 ildir işğal altında olan şəhərlərində infrastruktur, yaşayış üçün binalar, məktəblər, kitabxanalar, məscidlər, kilsələr yoxdur. Hamısı məhv edilib. Bu yerlərin təmirə ehtiyacı var”.

Zəfər paradına fəxri qonaq qismində qatılan Şamil Ayrım tarixi ziyarət təəssüratını da bölüşüb. O, Azərbaycanda Türkiyəyə böyük bir sevginin olduğunu da vurğulayıb.

Şamil Ayrım Azərbaycanın təcili olaraq bir sıra işlər görməli olduğunu da deyib: “Qarabağda şəhərlər arasında nəqliyyat çox vacibdir. Füzilidən Şuşaya yeni bir yol çəkilməlidir. Bunlar türk şirkətləri tərəfindən ediləcək. Yeni qəsəbələrin inşası və onların infrastrukturları yaradılacaq. Elektrik sistemi qurulacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər