Yeni növ koronavirus (COVID-19) epidemiyasının ən çox yayıldığı Cənubi Afrikada xəstələrin sayı 968 min 563-ə yüksəlib.
Teleqraf.com xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyininin məlumatlarına görə, son sutkada virusdan 326 nəfər ölüb.
Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 25 min 963-ə, gündəlik yoluxma isə 14 min 305 artaraq 968 min 563-ə çatıb.
Bu günə qədər 6 milyondan çox testin aparıldığı Cənubi Afrikada virusa yoluxanların 822 min 978-i sağalıb.
Cənubi Afrikada COVID-19-un mutasiya edilmiş yeni versiyasının əvvəlkindən daha sürətli yayıldığı elan edildikdən sonra bəzi ölkələr uçuşları dayandırıb.