Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla Ermənistan Xarici İşlər naziri Ara Ayvazyan arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə edib. Eləcə də Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan 10 noyabr bəyanatının müddəalarının həyata keçirilməsinə xüsusi diqqət ayırılıb.