"Pandemiyalar həmişə virusun mutasiyası ilə sona çatıb. Bu dəfə, ola bilsin, mutasiyayla yox, peyvənd sayəsində iki və ya iki il yarıma bitəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Hacettepe Universiteti Tibb fakültəsi Uşaq Yoluxucu Xəstəlikləri şöbəsinin professoru Mehmet Ceyhan deyib.
O bildirib ki, 2 ildən artıq davam edən pandemiya olmayıb: “Ancaq o demək deyil ki, bu pandemiya 2 ildən çox davam etməyəcək. Çünki hər bir infeksiyanən bir-birindən fərqli yayılma sürəti var. İndiyə qədər vaksinlə bitən bir pandemiya müşahidə etməmişik. Pandemiyalar həmişə virusun mutasiyası ilə sona çatıb. İlk dəfə mutasiyadan əvvəl pandemiyaya son qoyan bir proses gedir”.
Professor vaksinasiya işlərinin əhəmiyyətinə diqqət çəkib: “İnsanlar həqiqətən bunun nə demək olduğunu bilmirlər, ancaq pandemiyada bir peyvəndi inkişaf etdirərək hər kəsə tətbiq etmək inanılmaz bir hadisədir. Heç bir pandemiyada buna nail olunmamışdı.
60 ildir koronavirus infeksiyaları ilə yaşayırıq. Pandemiya peyvəndləri sürətli inkişaf etdirilməlidir. Ümid edirəm ki, bu dəfə mutasiya deyil, peyvənd sayəsində pandemiya 2, bəlkə də 2 il yarıma başa çatacaq”.