Moskvada Rusiya Federasiyası Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın üçtərəfli danışıqları başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Görüşdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağla bağlı 10 Noyabr 2020-ci il tarixli Bəyanatının icrasına baxılması və bölgədəki mövcud problemlərin həlli üçün gələcək addımların müzakirə edilməsi planlaşdırılır. Hərbi əməliyyatlara məruz qalan bölgələrin sakinlərinə yardımın göstərilməsi, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək.
Bundan əlavə, Vladimir Putinlə İlham Əliyev və Nikol Paşinyan arasında ayrılıqda ikitərəfli müzakirələr nəzərdə tutulur.