26 Yanvar 2021 17:56
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 26 yanvar tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazirlər dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülmüş azərbaycanlının nəşinin vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər