28 Fevral 2021 00:12
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə Prezidentinin hər çıxışı böyük maraq cəlb edir. O həm Azərbaycanın rastlaşdığı problemlərin həlli texnologiyasından danışır, həm də inkişaf edən bir ölkənin dünyaya baxışını ortaya qoyur. Hər iki məsələ bu gün dünya üçün aktualdır. Azərbaycan təcrübəsi, yanaşması gündəmdədir. Klassik Şərq ölkəsinin bu gün Avropa modelini özündə uğurla tətbiq etməsi sözsüz ki, mətbuatın da diqqətini cəlb edib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun fikrincə, cənab Prezident hər müsahibəsində məsələlərə yeni bir baxış ortaya qoyur:

"26 fevralda keçirilən mətbuat konfransı ilk deyildi. Əvvəllər də kifayət qədər mətbuat konfransları olub. Onun ən böyük auditoriyasi isə Azərbaycan vətəndaşları, şəhid ailələri, qazilərlə görüşüdür. Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı Azərbaycanda olan xarici media nümayəndələri ilə mətbuat konfransı əhəmiyyətli idi. Cənab Prezident istənilən suala özünəməxsus müdrikliklə, açıq siyasi cəsarətlə cavab verib. Dünya ictimaiyyəti Azərbaycanı onsuz da tanıyır. Amma 26 fevralda Prezidentin sərgilədiyi intellektual yanaşma Azərbaycanın yüksək mövqeyini bir daha təsdiqləyib. Azərbaycan öz resurslarına əsaslanaraq böyük məsələləri həll etməyin mümkünlüyünü göstərdi. Ölkəmiz beynəlxalq hüququ qorumağın vacibliyni nümayiş etdirdi”.

Aydın Mirzəzadə cənab Prezidentin dünya üçün də öz məsuliyyətini ortaya qoymasının əhəmiyyətindən bəhs edib:

“Koronavirusa qarşı mübarizədə, peyvənd məsələsində dövlət başçısının fikirlərini heç böyük dövlətlərin liderləri belə söyləmədi. Əhalisini peyvənd etdirə bilməyən ölkələrin taleyi ilə bağlı narahatlıqlar mövcuddur. Amma bəzən bunun əksini görürük. İmkanı olan dövlətlər daha çox peyvənd alaraq digər ölkələrin bu bəladan çıxış imkanlarını məhdudlaşdırır”.

Millət vəkilinə görə, bir daha dünyaya bəlli oldu ki. Azərbaycan öz problemlərini həll edə bilir:

“O dünyaya açıq bir dövlətdir. Azərbaycan öz dəyərlərini, özünəməxsus olanları qoruyur. Eyni zamanda dünyanın problemlərini həll etməkdə maraqlıdır. Cənab Prezident bir şəxsiyyət kimi mətbuat qarşısında ən müsbət tərəflərdən göründü. Onun heç bir dövlət başçısının etmədiyi 4 saatlıq, 4 dildə mətbuat konfransı diqqəti cəlb edir. Dünən həmin ərəfədə şəhərdə idim. Şəhər sanki donmuşdu. İnsanlar harada mümkünsə cənab Prezidentin çıxışlarını dinləyirdi. Bu çıxışlara tək Azərbaycanda diqqət edilmir. Xaricdə də böyük maraqla izlənir. Vətən müharibəsi dövründə Xankəndində böyük bir qrupun cənab Prezidentin çıxışını diqqətlə izləməsinin görüntüsü var. Azərbaycan liderinin söylədikləri, təklifləri tək ölkəmiz üçün deyil, dünya üçün də maraqlıdır. Cənab İlham Əliyev həqiqi müasir düşüncə insanı olduğunu bir daha ortaya qoydu”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər