“Strateji tərəfdaşlıq əsasında formalaşan və yüksək siyasi dialoqla xarakterizə olunan münasibətlərə dair fikir mübadiləsi apardıq”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyatro ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Xalqlarımız arasında olan münasibətlərin çox dərin tarixi kökləri mövcuddur. Hesab edirik ki, bu möhkəm zəmində formalaşmış münasibətlər sürətlə inkişaf edir. Biz məmnunluqla Azərbaycan-Macarıstan münasibətlərinin müxtəlif sahələr inkişafını müşahidə edirik”, - nazir bildirib.