21 Mart 2021 11:32
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ölkənin azərbaycanlı vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, o, bayramı qeyd edənlərə cansağlığı, firavanlıq və uğurlar diləyib.

“Parlamentin adından azərbaycanlı vətəndaşlarımızı Novruz bayramı münasibətilə təbrik edirəm. Bizi bir vətən və çoxəsrlik birgəyaşayış tarixi birləşdirir. Bahar, ümid və yenilənmə bayramınız mübarək!”, - təbrikdə deyilir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər