10 May 2021 17:10
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ümumrespublika miqyasında böyük ruh yüksəkliyi ilə qeyd olunur.

Teleqraf.com xəbər verir ki, "İrəli" İctimai Birliyi Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünün yüksək səviyyədə qeyd edilməsi ilə əlaqədar tədbirlər həyata keçirib.

"Action Week" layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib. Ekskursiya çərçivəsində iştirakçılar Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət edib, dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.

Layihə çərçivəsində eyni zamanda "XƏMSƏ" Milli İntellektual oyunu keçirilib, "Əvvəl və İndi" şəkil müsabiqəsi üzrə foto əsərlər yaradılıb. Gənclər Fondunun dəstəyi, "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə "Axtar tap" intellektual oyunu da baş tutub.

Ümummilli Liderin doğum günü münasibətilə 10-11 may tarixlərində "İrəli" gəncinin Quba rayonunda, Qızıl Qaya silsiləsi üzərində dəniz səviyyəsindən 3751 m yüksəklikdə yerləşən "Heydər zirvəsi" və "Atatürk zirvəsi"nə yürüşü (alpiniada) də baş tutacaq.


Müəllif: Yeganə Oqtayqızı