COVID pasportunun diqqətdən kənarda qalması təəccüb doğurur. Heç kəsin şübhəsi yoxdur ki, dövlət insanların sağlamlığını qorumaq istəyir. Elə məsələlər var ki, müzakirə edilməyəndə problem yaradır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nigar Arpadarai deyib.
O bildirib ki, insanlara məlumat verilməlidir: “Araşdırmalar göstərir ki, dünyada təkrar yoluxma bir faizdən azdır. Bu halda vaksinasiya və vaksin pasportu vacib hal kimi ortaya çıxır. Hesab edirəm ki, COVID-19 pasportunun tətbiqi vacibdir. Operativ Qərargah bu məsələni diqqətdə saxlamalı və əsaslandırılmış müzakirələr olmalıdır”.