Xocalıda insanların qətlə yetirilməsinin yeganə səbəbi onların azərbaycanlı olması idi. Bu, Ermənistan tərəfindən aparılan irqçi siyasətin bariz nümunəsidir.
Teleqraf.com-un məlumatına görə, bunu xariic işlər naziri Ceyhun Bayramov Xocalı soyqrımının 30-cu ildönümü ilə bağlı konfransda deyib.
O qeyd edib ki, Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən Xocalı soyqırımının hər tərəfli araşdırılması istintaq tədbirləri zamanı bunun soyqırım olması sübuta yetirilib.
"Hazırki dövrə qədər 17 dövlətin milli qanunvericilik orqanı və Amerika Birləşmiş Ştatlarının 23 ştatı bu soyqırımını kəskin şəkildə psiləyərk müvafiq qərar və qətnamələr qəbul edib. Əfsuslar olsun ki, bütün bunlara baxmayaraq, bu günə qədər bu cinayəti törədənlər ədalət məhkəməsi qarşısında cavab verməyib'", - deyə o bildirib.