20 May 2022 14:35
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yanğın baş verib.

Kinostudiyanın mətbuat katibi Ramil Ələkbərov Teleqraf.com-a açıqlamasında hadisənin baş vermə səbəbini açıqlayıb:

"Yanğın hadisəsi 15 kvadratmetrlik balaca otaqda baş verib. Yanğın yarım saat ərzində söndürülüb. Kinostudiyaya heç bir maddi ziyan dəyməyib. Otaqda kağızlar var idi. Hazırda araşdırma gedir. Heç bir şəxsə ziyan dəyməyib".

Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib. Qısa müddət ərzində yanğın söndürülüb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər