9 Sentyabr 2022 23:14
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaşinqton aşkar şəkildə vasitəçilikdə Moskva və Brüsseldən geridə qalır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert amerikalı diplomatın Azərbaycan və Ermənistana səfərlərinə diqqət çəkib:

“ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker bölgəyə səfərinə Ermənistandan başlayıb. Amerikalı diplomat səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Ararat Mirzoyan Filip Rikerlə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıyla yanaşı, Qarabağ mövzusunu da müzakirə edib.

Məsələ budur ki, dövlət katibi Entoni Blinken Filip Rikerin vəzifəsinə “ABŞ-ın Minsk qrupundakı həmsədri” titulunu da əlavə edib. Azərbaycan nə bu titulu qəbul edir, nə də bu titul adı altında hər hansı diplomatla Qarabağ mövzsunu müzakirə etmək istəyir. Belə olan halda Filip Rikeri Bakıda ancaq ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi titulunda qəbul edə bilər və onunla ancaq Azərbaycanla Ermənistan arasındakı danışıqların mövcud vəziyyətinin müzakirəsi mümkündür.

Vaşinqton aşkar şəkildə vasitəçilikdə Moskva və Brüsseldən geridə qalır. Ona görə də Filip Rikeri bölgəyə göndərməklə “biz də varıq” deməyə çalışır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər