15 Oktyabr 2022 21:14
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Bu barədə Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirlər regionda mövcud olan cari vəziyyəti müzakirə ediblər.

Onlar iki dövlətin liderlərinin Astanada baş tutmuş görüşünün davamı olaraq bir sıra məsələlər, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər