"Zəngilan Hava Limanı regionun dünya ilə əlaqəsinin gücləndirilməsi üçün strateji həmlədir".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Türkiyə Prezidenti Azərbaycana səfərindən danışıb: “Zəngilan və Cəbrayıl rayonlarına işgüzar səfərimiz uğurla başa çatdı. Zəngilan Beynəlxalq Hava Limanının açılışını əziz qardaşım İlham Əliyevlə birgə həyata keçirdik. Zəngilan aeroportu təkcə Azərbaycan deyil, bütün region üçün əhəmiyyətlidir. Regionun dünya ilə əlaqəsinin yenidən qurulmasının gücləndirilməsi nöqteyi-nəzərdən strateji həmlədir. İnşallah, bu addımları Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə daha da qüvvətləndirəcəyik”.