“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov vəzifəsindən azad olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edək ki, C.Əsgərovun 72 yaşı var. O, 2008-ci ildən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti idi.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən AZAL-ın sözçüsü Paşa Kəsəmənski bildirib ki, bu barədə məlumatsızdır.