Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Əmrayev 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki,
“Şuşa şəhərinin işğaldan azad edildiyi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edildiyi və tarixi ədalətin bərpa olunduğu 44 günlük Vətən müharibəsində zəfərin ildönümü ilə bağlı qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə qardaş Azərbaycan xalqına, Azərbaycan Silahlı Qüvvələrinə və hökumətinə ən səmimi təbriklərimi və ən xoş diləklərimi çatdırmdan qürur hissi duyuram.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun qələmə aldığı şanlı tarix Azərbaycanın inkişafı və çiçəklənməsi üçün möhkəm bünövrə, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsində mühüm elementdir.
Türk Dünyası hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib.
44 günlük Vətən müharibəsindəki bu zəfər Azərbaycan və türk xalqları üçün haqlı qürur mənbəyi olmuş, üzv dövlətlərimizin və qardaş türk xalqlarının həmrəyliyinə yeni təkan vermişdir.
Bu tarixi zəfərin ildönümündə bütün həmkarlarımla birlikdə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizi sayğı və ehtiramla yad edir, qardaş Azərbaycan xalqına ürəkdən təbriklərimizi çatdırırıq”.