12 Noyabr 2022 13:42
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Oktyabrın 6-da Praqada keçirilən Azərbaycan-Ermənistan-Fransa-Avropa Şurası dördtərəfli görüşünün nəticəsi olaraq, sərhəddə Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsindən bəhs edən mühüm protokol var. Azərbaycan müşahidəçilərin öz sərhədində yerləşdirilməsinə razılıq vermədiyi üçün onların yalnız Ermənistanda yerləşdirilməli olduğu bildirilib. Praqa görüşünün yekunlarını əks etdirən bəyanatda Azərbaycanın missiya ilə lazım olduqda əməkdaşlıq edəcəyi də qeyd olunub”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Erməni nəşri Azərbaycanın həmin missiya ilə hansı istiqamətdə əməkdaşlıq etdiyinin bəlli olmadığını iddia edir:

“Eyni zamanda, Aİ missiyasının işinin iki ay şəkəcəyi qeyd olunub. Bu, çoxlarını çaşdırır ki, niyə məhz iki ay, problemləri həll etmək üçün cəmi iki ay kifayətdir? Ola bilsin, bu, Aİ-nin ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına və bununla da konfliktin aradan qaldırılacağına ümid etməsi və ya əmin olması ilə bağlıdır. Aİ rəsmiləri missiyanın məqsədi kimi öz hesabatları vasitəsilə sərhəd komissiyalarına etimadın yaradılması və dəstəklənməsini vurğulayırlar.

Bundan əlavə, Aİ-nin Ermənistana göndərdiyi cəmi 40 müşahidəçinin bütün Ermənistan-Azərbaycan təmas zonasını necə izləyəcəyi sualı var. Çünki sərhəd xətti kifayət qədər uzundur”.

Nəşr Aİ missiyasının Ermənistana heç nə vəd etmədiyini iddia edir.

Məqalədə qeyd olunur ki, əslində Ermənistana Aİ missiyasının göndərilməsi sərhədlə bağlı yox, Rusiya ilə əlaqəlidir:

“Beləliklə, Aİ missiyasının real məqsədləri ilə bağlı çoxlu şübhələr var. Bir çox ekspertlər Paşinyanın bəzi iddiaları fonunda Aİ tərəfindən müşahidəçilərin göndərilməsini fərqli kontekstdə görürlər.

Avropalı tərəfdaşlar Ermənistanın niyə ölkəyə yeni rus qüvvələri gətirdiyini, bu səbəbdən müşahidə missiyası yaratmağı və yerlərdə vəziyyətlə tanış olmağı təklif etdiyini deyirlər. Belə çıxır ki, Aİ tərəfindən mülki müşahidəçilərin göndərilməsi sərhəddə toqquşmaların qarşısının alınması üçün deyil, Rusiya qoşunlarının Ermənistanda, xüsusən də sərhədyanı rayonlarda hərəkətinə nəzarət etmək məqsədi daşıyır. İstənilən halda, Paşinyanın açıqlamalarından və müşahidə qrupunun “susmaq andı”ndan belə nəticəyə gəlmək olar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər