8 Dekabr 2022 17:31
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brüsselin istənilən yolla Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində iştirak etmək istəyindən xəbərdarıq”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa xarici işlər nazirinin Ermənistan-Azərbaycan sərhədində Avropa Birliyinin müşahidə missiyasının mandatının uzadılması ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Brüssel bunu sırf yerdə mövcudluğunu təmin etmək və son nəticədə Rusiyanı regiondan sıxışdırmaq üçün edir, bu, onların arzusudur:

“Bununla bağlı öz münasibətimizi bildirmişik, indi hadisələrin inkişafını proqnozlaşdırmayacağıq. Cənubi Qafqazda qeyri-regional amilin güclənməsinə gəlincə, Cənubi Qafqaz ölkələri də daxil olmaqla, müxtəlif və bəzən diametrik olaraq əks fikirlər var. Həm Bakı, həm də İrəvanla əlaqələrimizdə bu mövzu müntəzəm olaraq müzakirə olunur.

Azərbaycanla sərhədin Ermənistan tərəfində AB-nin müşahidə missiyasının mandatının yenilənməsi ilə bağlı qərar qəbul olunarsa, bunu əlavə şərh edəcəyik. O vaxta qədər hər şey göstərir ki, AB Cənubi Qafqazdakı fəaliyyətində müstəsna olaraq öz konyuktur maraqlarını rəhbər tutur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər