Deputat Jalə Əliyevanın anası, tanınmış şairə Nurəngiz Gün dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Modern.az-a deputatın yaxınları bildiriblər.
Millət vəkilinin anası bu gün səhər saatlarında vəfat edib.
Məlumata görə, dəfn mərasimi sabah baş tutacaq.
Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə ADİU-da təhsilini davam etdirib. Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" (1981) povesti ilə gəlib.
Allah rəhmət eləsin!