Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Gül bayramına hazırlıqla bağlı Heydər Əliyev Sarayının yaxınlığında qurulan çadırda gecələməsinə münasibət bildirib.
O, Teleqraf.com-a açıqlamasında bildirib ki, çadırda gecələməsilə bağlı yayılan məlumatlar yalandır: "Bu, başdan-ayağa cəfəngiyatdır. Gün ərzində orada oluram, amma gecələr yox".
H.Abutalıbov gül bayramına yüksək səviyyədə hazırlaşdıqlarını bildirdi.
Qeyd edək ki, artıq bir neçə gündür Heydər Əliyev Sarayının yaxınlığında mayın 10-da keçiriləcək Gül bayramına hazırlıqla bağlı çadırdan mənzil-qərargah qurulub.
Ayxan