6 Fevral 2023 11:13
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Hatayı təmsil edən deputatı Hüseyn Yaymanın ailəsi zəlzələ nəticəsində dağıntılar altında qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə deputat özü məlumat verib.

O bildirib ki, iki qardaşı, onların həyat yoldaşları, bacısı və onun həyat yoldaşı və övladları dağıntılar altında qalıb: “Yollarda çatlar var, hamı səfərbər olub”.

Deputat Hatayda zəlzələnin çox şiddətli olduğunu vurğulayıb: “Göründüyündən daha böyük ziyanı dəymiş binalar var. Türkiyəyə çağırışımız, bizim üçün dua etsinlər. Sonuncu zəlzələ 500 il əvvəl baş verib. Zəlzələ 7.4 bal gücündə Kahramanmaraşda oldu, amma Hatayda çox hiss olundu. Bizdə çoxlu dağıntılar var. Vətəndaşlar panikaya düşməməlidir, soyuqqanlılıqlarını saxlamalıdırlar. Yola çıxmayın, telefonları məşğul etməyin”.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

İlkin məlumata görə, 76 nəfər həyatını itirib, 450-yə yaxın insan yaralanıb, 16 bina dağılıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər