9 Mart 2023 14:10
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna ilə həlledici döyüşə hazırlaşan Putin Rusiyasının qüvvələrini parçalamaq və resurslarını digər cəbhələrə yönəldib tükəndirmək məqsədilə Qərb Rusiya üçün həyati əhəmiyyətli daha iki dəhliz-regionda – Cənubi Qafqazda və Orta Asiyada da vəziyyəti gərginləşdirmək xətti seçib”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.

Onun sözlərinə görə, Paşinyan Ermənistanını Azərbaycanla sülh sazişindən yayındırmağa və ən azı mayda Türkiyədə keçiriləcək prezident seçkisinin nəticəsi məlum olanadək uzatmağa çalışan Qərb mövqelərinin hələ güclü olduğu daha bir Cənubi Qafqaz respublikasında - Gürcüstanda da ictimai etirazların əsas körükləyicisi və təhrikçisi kimi çıxış edir:

“Qərbdə yaxşı bilirlər ki, Qaribaşvili hökuməti hazırda etirazların əsas səbəbi kimi göstərilən “Xarici agentlər haqqında” qanunun qəbuluna nail olarsa, bu, Qərb xüsusi xidmət qurumlarının Gürcüstan üzərindən digər yaxın ölkələrə rahat çıxış imkanlarını xeyli məhdudlaşdıracaq.

Hazırda ictimai etirazların genişləndirilməsi yoluyla Qərb bir tərəfdən bu qanunun qəbulunu əngəlləməyə çalışırsa, o biri tərəfdən də aksiyaların Rusiya ilə qarşıdurmadan yayınan və Rusiya əleyhinə sanksiyalara qoşulmayan Qaribaşvili hökumətinin devrilməsinədək inkişafında, Rusiyanın qulağının dibində daha bir tonqalın alovlanmasında aşkar maraqlı görünür.

Xatırlayırsınızsa, Münxen Konfransında ilk dəfə olaraq keçirilən Azərbaycan, Gürcüstan və Ermənistan təmsilçilərinin görüşündə aparıcının Prezident Əliyevə, Baş nazir Qaribaşviliyə və Baş nazir Paşinyana ünvanladığı, cavab almağa çalışdığı əsas sual məhz Rusiya-Ukrayna savaşına tərəflərin mövqeyi ilə bağlıydı.

Qaribaşvili cavabında açıq şəkildə Qərbi suçlayaraq onu Ukraynaya verdiyi qədər dəstək verməməkdə qınamış və ardınca da xüsusi olaraq vurğulamışdı ki, ərazilərinin Rusiya tərəfindən işğalına baxmayaraq, problemin yalnız sülhlə həllinə tərəfdardırlar. Yəni Rusiyaya qarşı yeni cəbhənin Gürcüstandan açılmasını istəmirlər.

Qərbə isə regionda sülh yox, Rusiya ilə döyüşə biləcək yeni “sovet respublikası”, yeni qaynar cəbhə lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər