"İndi bir daha bəyan etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Səmimi motivasiyalarımdan biri Azərbaycanla tezliklə sülh müqaviləsi bağlamaq üçün mümkün olan hər şeyi etməkdir. Doğrudan da, Azərbaycanla sülh müqaviləsi bağlamaq olar, amma bunun üçün bir sıra problemlərlə üzləşmək lazımdır. Əgər iki ölkə bir-birinin ərazi bütövlüyünü açıq şəkildə tanısa və bu gün və heç vaxt bir-birinə ərazi iddiası irəli sürməməyi öhdəsinə götürsə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi reallaşacaq.
Biz bu barədə 2022-ci ildə Praqa və Soçidə Azərbaycan prezidenti ilə razılaşmışıq, amma həm İrəvandan, həm də Bakıdan qarşı tərəfi razılaşmalara əməl etməməkdə ittiham edən rəsmi bəyanatlar verilir. İndi bir daha bəyan etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır”, - baş nazir vurğulayıb.