“Azərbaycanın Qərb və Rusiya üçün əhəmiyyəti artıb”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Azərbaycan enerji və logistika qovşağına çevrilib, onun həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyəti artıb. Ancaq bu vəziyyətin həm riskləri, həm də imkanları var. Riskləri demək olar, hər gün görürük, amma fürsət odur ki, Cənubi Qafqaz böyük kəsişmədir və bunda Ermənistan və Gürcüstanın rolu heç də az önəm kəsb etmir. Bu kontekstdə regionun sabitliyi və sülhü Qərblə Rusiya arasında konsensusa çevrilə bilər, çünki regionumuz yenidən partlasa, enerji baxımından həm Rusiya, həm də Qərb üçün problemə çevrilə bilər”, - baş nazir əlavə edib.