Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin necə olacağı ilə bağlı görüntülər yayılıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan məhəlləsi adı veriləcək ərazinin görüntülərini Türkiyənin İctimai Mənzil idarəsi yayımlayıb.
Qeyd edək ki, yaşayış kompleksinin bir il ərzində tikilib istifadəyə verilməsi nəzərdə tutulur.