Türkiyədə keçirilən prezident və parlament seçkilərində səslərin 91,93 faizi sayılıb.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Yüksək Seçim Qurumunun (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, Türkiyə vaxtı ilə saat 02:25-ə olan məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,49 faiz, Kamal Kılıçdaroğlu 44,79 faiz, Sinan Oğan 5,29 faiz, Məhərrəm İncə 0,43 faiz səs toplayıb.