22 May 2023 16:20
1 875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan sərhədi azaraq keçən və biri bu ölkədə “qətl”də ittiham olunan iki azərbaycanlı hərbçinin təhvil verilib-verilməyəcəyi ilə bağlı suala cavab verib.

Teleqraf.com xəbər verir ki, baş nazir bunun mümkünlüyünə diqqət çəkib.

“Münasibətlərin tənzimlənməsi çox vacib və çətin qərarların qəbul edilməsini nəzərdə tutur, amma bu, birtərəfli ola bilməz. Əlbəttə, bunu müzakirə etməyə hazırıq, ancaq hüquqi prosedurlardan keçdikdən sonra, çünki Ermənistan vətəndaşının "öldürülməsinə" göz yuma bilmərik. Amma təbii ki, biz heç kimin təqsirsizlik prezumpsiyasını pozmuruq. Səhv etmirəmsə, məsələ ibtidai araşdırma mərhələsindədir. İbtidai istintaq, müvafiq nəticə olarsa, məhkəməyə göndəriləcək, məhkəmə qərar verəcək, ondan sonra hər cür həll yolunu mümkün sayıram”, - Paşinyan bildirib.

Aprelin 10-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb. Dumanlı hava şəraitində Ermənistana keçən hərbçilərimiz əsir götürülüb. Onlar 2004-cü il təvəllüdlü Bəbirov Aqşin və 2003-cü il təvəllüdlü Axundov Hüseyndir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər