“Parlamentin üzvü kimi mən Ermənistanın dövlət maraqlarına xidmət etməyi rəhbər tuturam”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Qurgen Arsenyan Qarabağ sepatçılarının “özlərini Azərbaycanın bir hissəsi kimi görməmələri” ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
O qeyd edib ki, Ermənistanın dövlət maraqlarının qorunması onların əsas vəzifələridir.
Arsenyan Qarabağ ermənilərini “müstəqil dövlət” kimi qəbul etmədiklərinə eyham vurub və yalnız Ermənistanın adından danışa biləcəklərini söyləyib:
“Bəli, Qarabağda soydaşlarımız yaşayır. Cavaxetiyada da, Beyrutda da, Qlendeyldə də, Avstraliyada da ermənilər yaşayırlar”.
Deputat Azərbaycanla sülh müqaviləsinin imzalanmasına dəstəyini də ifadə edib:
“Mən Nikol Paşinyanın həyata keçirdiyi siyasətə, o cümlədən sülh gündəmini tamamlamaq səylərinə tam dəstəyimi bildirirəm. Sülh gündəmimizi ikiəlli müdafiə edəcəm.
Mən də ərazi bütövlüyünün qarşılıqlı tanınmasına tərəfdar olduğumu bildirirəm. Mən bir daha Ermənistanın baş nazirinə, siyasi komandamıza dəstəyimi ifadə edirəm və bildirirəm ki, biz Ermənistanın qonşusu Azərbaycanla sülh, eləcə də Ermənistanın qonşusu Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesini başa çatdırmaq əzmindəyik”.