25 May 2023 13:51
34 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan liderləri bu gün ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı sənəd imzalaya bilərlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Bu gün Moskvada Ermənistan baş naziri, Rusiya və Azərbaycan prezidentlərinin üçtərəfli görüşü planlaşdırılır. Rəsmi dairələrdə qarşılıqlı ərazi bütövlüyünün tanınması ilə bağlı protokolun imzalanmasını istisna etmirlər, üstəlik, əmindirlər ki, bu, artıq imzalanıb, sadəcə, bu sənədin ictimailəşdirilməsi üçün düzgün yer və məkan seçmək qalır”, - nəşr bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər