Ərdoğanın dövründə Türkiyə güclü mövqeyə sahib olub.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Elşad Mirbəşiroğlu deyib.
O qeyd edib ki, qardaş Türkiyədə demokratik ab-havada baş tutan seçki Rəcəb Tayyib Ərdoğanın tarixi qələbəsi ilə başa çatdı:
"Bu, Azərbaycan-Türkiyə qardaşlığının qarşıdakı dönəmdə yeni müstəvidə inkişafına mühüm töhfə olacaq".
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə deyib ki, Rəcəb Tayyib Ərdoğan Türk dünyasının böyük oğludur:
"O, II Qarabağ müharibəsində Azərbaycanın yanında oldu. Ərazilərimiz azad ediləndə o torpaqlara səfər edən ilk xarici ölkə prezidenti kimi tarixə düşdü. Ərdoğan eyni zamanda Azərbaycanın da böyük oğludur. Çünki Azərbaycanla olan dostluq və qardaşlıq bu amili şərtləndirib"