Rusiya prezidenti yanında insan haqları və vətəndaş cəmiyyətinin inkişafı Şurası bəyanatla çıxış edib. Musavat.com Rusiya KİV-ə istinadla xəbər verir ki, bəyanatda Parisdəki terror aktı qətiyyətlə pislənilir, həlak olanların doğmalarına başsağlığı verilir.
Qurumun rəhbəri Mixail Fedotovun sözlərinə görə, fransız jurnalistlərinin qəddarcasına öldürülməsi – avtomat güllələri vasitəsilə azad sözü yasaqlama cəhdidir:
“Buna heç bir bəraət ola bilməz. Jurnalist etikası haqda hər hansı diskussiyanı ölü yox, yalnız canlı jurnalistlərlə aparmaq olar - və əlbəttə ki, terrorizmin ideya havadarları ilə yox... Çox vacibdir ki, bu vəhşi terror aktı Avropada yaşayan müsəlmanlara qarşı geniş miqyaslı “əcinnə ovu” üçün, islamofobiyanın güclənməsi üçün bəhanə olmasın. Əks halda, terrorçuların öz hədəflərinə çatdıqlarını söyləmək mümkün olacaq”.