28 İyun 2023 23:06
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında dünənki danışıqlar konstruktiv keçib.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı deyib.

"Son hadisələr davamlı sülhə nail olmaq zərurətini vurğuladı. Birləşmiş Ştatlar tərəflərə buna nail olmaqda kömək etmək öhdəliyi götürür və dövlət katibi Blinken sülh prosesində birbaşa iştirak edir. Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Xarici işlər nazirləri ilə dünənki görüşlər konstruktiv oldu", - deyə Vedant Patel bildirib.

Qeyd edək ki, Blinken iyunun 27-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdən sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə ilk plenar iclasda iştirak edib. Daha sonra nazirlər 4-5 saatlıq fasilələrlə davam edən ikitərəfli formatda danışıqları davam etdiriblər.

İclaslar iyunun 29-dək davam edəcək. Əsas mövzu sülh müqaviləsidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər