24 İyul 2023 20:26
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Öz fəaliyyətinin saxta, əsassız iddilar, mif və əsatirlər üzərində quran “Sərhədsiz Reportyorlar” təşkilatı növbəti dəfə qərəzli bəyanatları ilə gündəm yaratmaq istəyib. Təşkilatının “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumuna qarşı tvitləri açıq şəkildə bu mötəbər tədbiri gözdən salmaq, Azərbaycanda guya media azadlığının boğulduğu barədə düzgün olmayan təsəvvürlər yaratmaqdan başqa bir şey deyil.

Onlar tvitlərdə müstəqil media və jurnalistlərin guya Foruma buraxılmamasına diqqət çəkib. Bununla da təşkilat aralarında "Forbes", "Euronews", "Əl-Cəzirə" və digər KİV-lərin, eləcə də beynəlxalq qeyri-hökumət jurnalist təşkilatlarının (Azərbaycan hakimiyyətini tənqid edənlər də daxil olmaqla) 150 xarici qonağı “müstəqil olmayan” adlandırır. Kim “Sərhədsiz Reportyorlar”a belə hüquq verib ki, digər media və təşkilatlardan olan həmkarlarına sataşsın, onları tədbirdə iştiraka görə günahlandırsın? Bu, "Sərhədsiz Reportyorlar"ın qərəzli fikirlərini bölüşməyən jurnalist həmkarlarına qarşı siyasi terrordan başqa bir şey deyil.

Əsas ofisi Parisdə yerləşən və Beynəlxalq Frankofoniya Təşkilatında məşvərətçi statusa malik olan təşkilatın qınayan bəyanatının erməni tərəfinin yaydığı tezislər heç də mötəbər beynəlxalq təşkilatların leksikonuna uyğun gəlmir, əksinə, erməni seqmentinin keyfiyyətsiz teleqram kanallarını xatırladır.

“Müxbirlərin” tamamilə yanlış, aqressiv tvitləri jurnalistləri işğaldan azad edilmiş Şuşaya səfər etməkdən qorxutmaq, eləcə də Azərbaycanla əlaqə yaratmamaq məqsədi daşıyır - təcavüzkar erməni lobbiçiləri eyni metodologiya ilə işləyirlər, öz gündəmlərindən fərqli fikir bildirən hər kəsə hücum edirlər (son nümunə "Euronews"da təşkil olunmuş hücumlardır).

Donorları qarşısında özünü lazımlı göstərmək istəyən bu kimi QHT-lər fikir, söz, ifadə və media azadlığının əsl mahiyyətini təhrif etməklə, bu azadlıqları müxtəlif subyektlərin mənafelərindən çıxış edərək spekulyasiya hədəfinə çevirirlər.

Qeyd edək ki, Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhəri növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməklə öz kimliyini, dünyaya göstərdi. Fəxrlə deyə bilərik ki, artıq Şuşa dünyada həm də beynəlxalq tədbirlərin keçirildiyi, qlobal xarakterli müzakirələrin aparıldığı məkan kimi tanınır. Foruma 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumunun qatılması tədbirin əhəmiyyətinin və ona olan marağın təzahürüdür. Bu, həm də həqiqətin, reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması baxımdan xeyli önəmli hadisədir. Belə ki, işğaldan azad edilmiş Şərqi Zəngəzura və Qarabağa gələn xarici media nümayəndələri uzun illər ermənilərin orada törətdiyi bütün vəhşilikləri, dağıdılmış şəhərləri, kəndləri öz gözləri ilə görür, real vəziyyəti dəqiq və dürüst şəkildə dünyaya çatırırlar. Bu da, sözsüz ki, ermənilərin və “Sərhədsiz Reportyorlar” kimi qərəzli təşkilatların bütün yalanlarını, bölgə ilə bağlı dezinformasiyalarını alt-üst edir.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər